Xəzər rayonu MKTB-də qəribə kadr dəyişikliyi-Sabiq Rəis Böyükağa Islamov yerinə oğlu Hikmət İslamovu gətirdi?

Tənqid
29.01.2026
11:52
Xəzər rayonu MKTB-də qəribə kadr dəyişikliyi-Sabiq Rəis Böyükağa Islamov yerinə oğlu Hikmət İslamovu gətirdi?


Xəzər rayonunda kadr təyinatları ilə bağlı ciddi suallar
Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində baş verən son kadr dəyişikliyi ictimai narazılıq doğurur. Uzun illər bu quruma rəhbərlik etmiş Böyükağa İslamov vəzifədən kənarlaşdırıldıqdan sonra onun yerinə birbaşa oğlu Hikmət İslamovun gətirilməsi cəmiyyətdə haqlı suallar yaradır.
Dövlət qurumlarında əsas prinsip şəffaflıq, peşəkarlıq və bərabər imkanlar olmalıdır. Ata vəzifədən gedir, yerinə isə oğlu təyin olunur — bu isə açıq şəkildə nepotizm təəssüratı yaradır. Belə hallar dövlət idarəçiliyinə olan inamı zəiflədir və vəzifələrin “ailə mülkü” kimi qəbul edildiyi görüntüsünü formalaşdırır.
Əgər Hikmət İslamov bu vəzifəyə layiqdirsə, cəmiyyət onun hansı açıq müsabiqə, hansı peşəkar meyarlar əsasında seçildiyini bilməlidir. Əks halda, bu təyinat Xəzər rayonunda uzun müddətdir davam edən eyni idarəçilik zehniyyətinin dəyişmədiyini göstərir.
Dövlət strukturları şəxsi əlaqələr üzərində deyil, qanun, ədalət və ictimai maraqlar üzərində qurulmalıdır. Aidiyyəti qurumlar bu məsələ ilə bağlı ictimaiyyətə aydın və əsaslandırılmış açıqlama verməlidir.